"Zirə"nin yeni transferi: "Millidə qardaşımla birgə çıxış etmək istəyirəm"

"Zirə"nin yeni transferi: "Millidə qardaşımla birgə çıxış etmək istəyirəm" "Sumqayıt"ın təklifi ilə ciddi olmadığı üçün razılaşmadım"
Futbol
9 Yanvar , 2018 14:04
Zirənin yeni transferi: Millidə qardaşımla birgə çıxış etmək istəyirəm

Bakı. 9 yanvar. REPORT.AZ/ "Artıq yeni komandama uyğunlaşmışam. Hazırlıqlarımız da yaxşı keçir. Kollektivimizlə xoş ünsiyyətdəyəm. Futbolçularımıza təşəkkürümü bildirirəm ki, məni yaxşı qarşıladılar. Tanıdıqlarım da var idi. Legionerlərlə isə hələ tanış olmamışam".

Bunu "Report"a açıqlamasında "Zirə"nin yeni transferi Mirsahib Abbasov deyib. 25 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Sumqayıt"ı yox, Ayxan Abbasovun baş məşqçi olduğu komandanı seçməsinin səbəbini açıqlayıb: "Zirə"ni seçməyimin bir çox səbəbi var. "Sumqayıt"ın təklifi ilə razılaşmadım. Çünki ciddi deyildi, mənə yarım illik müqavilə təklif etmişdilər. "Zirə"ə də isə 1,5 il çıxış edəcəyəm. Əvvəlcə yarım il icarə əsasında, sonra isə 1 illik müqavilə. Düzü, bu komandaya qarşı simpatyam da var".

"Keşlə"dən komandanın adının xoşagəlməz hadisələrdə hallanması ilə əlaqədar ayrılmadığını deyən Abbasov iddialı kluba keçdiyini vurğulayıb: "Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm. Ən başlıca hədəflərimizdən biri də budur. Daha bir istəyim isə "Neftçi"də çıxış edən qardaşım Mirabdulla Abbasovla milli komandada oynamaqdır". 

Son xəbərlər

Orphus sistemi