"Zirə"nin yeni transferi Bakıya gəldi

"Zirə"nin yeni transferi Bakıya gəldi "Zirə"nin daha əvvəl anlaşdığı serbiyalı futbolçu Nemanya Ancelkoviç Azərbaycana gəlib.
Futbol
19 Yanvar , 2021 14:00
Zirənin yeni transferi Bakıya gəldi

"Zirə"nin daha əvvəl anlaşdığı serbiyalı futbolçu Nemanya Andelkoviç Azərbaycana gəlib.

"Report"un məlumatına görə, bu gün tibbi müayinədən keçəcək 24 yaşlı müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

Keçidin detalları hələlik məlum deyil. Lakin legioner oyunçunun 2,5 illik sözləşməyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Nemanya Andelkoviç bunadək ölkəsinin "Mokra Qora", "Radnik", "Yavor" və "Metalats" klublarında çıxış edib. Onun son komandası "Zlatibor" (Serbiya) olub.

Son xəbərlər

Orphus sistemi