"Zirə"nin yeni transferi Azərbaycanı seçməsinin səbəbini açıqlayıb

"Zirə"nin yeni transferi Azərbaycanı seçməsinin səbəbini açıqlayıb Oyuna yaxşı başladıq. Rəqib yaxşı komanda olsa da, 3 xalı biz qazandıq.
Futbol
1 Fevral , 2020 18:03
Zirənin yeni transferi Azərbaycanı seçməsinin səbəbini açıqlayıb

"Oyuna yaxşı başladıq. Rəqib yaxşı komanda olsa da, 3 xalı biz qazandıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin yeni transferi Ali Sisey evdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.

Sierra Leonedən olan müdafiəçi bildirib ki, debüt matçında komanda yoldaşları ona xeyli kömək ediblər: "Kollektivimiz çox güclü olduğundan mənim üçün oynamaq rahat idi".

26 yaşlı oyunçu məqsədlərinin Avropa kuboklarına vəsiqə qazanmaqdan ibarət olduğunu və bunun üçün hər şeyi etdiklərini diqqətə çatdırıb. Sisey Azərbaycan Premyer Liqasını seçməsinin səbəbini də açıqlayıb: "Hələ gəncəm, oynamaq istəyirəm. "Zirə" mənə bu şansı verdi. Ona görə də bura gəldim".

Futbolçu ən asan oyunlarından birini keçirməsi fikri ilə razılaşmayıb: "Yenə deyirəm: bu cür çıxışımız komanda yoldaşlarımın mənə verdikləri dəstəklə əlaqədardır". 

Son xəbərlər

Orphus sistemi