"Zirə"nin sabiq hücumçusu Rumıniya klubu ilə 3 illik müqavilə imzalayıb

"Zirə"nin sabiq hücumçusu Rumıniya klubu ilə 3 illik müqavilə imzalayıb Bakı. 13 iyul. REPORT.AZ/ Zirə klubunun sabiq futbolçusu Riçard Qadze karyerasını Rumıniyada davam etdirəcək.
Futbol
13 İyul , 2018 13:09
Zirənin sabiq hücumçusu Rumıniya klubu ilə 3 illik müqavilə imzalayıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Zirə" klubunun sabiq futbolçusu Riçard Qadze karyerasını Rumıniyada davam etdirəcək. 

"Report"un məlumatına görə, qanalı hücumçu "Voluntari" klubuna keçib. 24 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Riçard Qadze 2017-ci ilin fevralından "Zirə"də çıxış edib. O, daha öncə Hindistanın "Dehli Dinamo" və ölkəsinin Ebusua Dvarfs komandalarında oynayıb. 

Son xəbərlər

Orphus sistemi