"Zirə"nin rəqibi təcrübəli hücumçu ilə vidalaşıb

"Zirə"nin rəqibi təcrübəli hücumçu ilə vidalaşıb UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu futbolçusu Tal Ben Haim ilə yollarını ayırıb.
Futbol
2 İyul , 2022 10:12
Zirənin rəqibi təcrübəli hücumçu ilə vidalaşıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu futbolçusu Tal Ben Haim ilə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

2020-ci ildə komandaya qayıdan israilli forvard 2013 - 2017-i illərdə də "Makkabi"nin formasını geyinib. Təcrübəli oyunçu Tel-Əviv klubu ilə 6 titul qazanıb. Ben Haim bu müddətdə 255 oyuna çıxıb və 56 qol vurub.

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi