"Zirə"nin qapıçısı: "Məğlubiyyətə görə komandada pərişanlıq var"

"Zirə"nin qapıçısı: "Məğlubiyyətə görə komandada pərişanlıq var" "Danışılası çox şey yoxdur, məyusuq. Rəqibi qələbə münasibətilə təbrik edirik.
Futbol
27 May , 2022 22:48
Zirənin qapıçısı: Məğlubiyyətə görə komandada pərişanlıq var

"Danışılası çox şey yoxdur, məyusuq. Rəqibi qələbə münasibətilə təbrik edirik.

"Report"un məlumatına görə, bunu "Zirə"nin qapıçısı Anar Nəzirov Qəbələdə "Qarabağ"a uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

37 yaşlı qolkiper bildirib ki, penaltilər seriyası zamanı əlindən gələni etməyə çalışıb: "Məğlub olduğumuz üçün bir az pərişanlıq var. Amma finala çıxmağımızın özü böyük işdir. "Qarabağ" kimi komanda ilə 120 dəqiqə başabaş oynadıq. Rəqibin adından qorxmadıq. Penaltilər seriyası lotereyadır. İki komandadan biri udmalı idi. Qismət deyilmiş".

Nəzirov Azərbaycan millisinə dəvət almamasına da toxunub: "Yığmaya oyunçuları baş məşqçi seçir. Həmkarlarımın hər birinə uğurlar arzu edirəm. Gənclərə üstünlük versə, daha yaxşı olar".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi