"Zirə"nin qapıçısı: "Digər görüşlərdə əlimizdən gələni edəcəyik - MÜSAHİBƏ

"Zirə"nin qapıçısı: "Digər görüşlərdə əlimizdən gələni edəcəyik - MÜSAHİBƏ Bakı. 27 aprel. REPORT.AZ/ Zirənin qapıçısı Anar Nəzirov evdə Qarabağa 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib.
Futbol
27 Aprel , 2018 22:21
Zirənin qapıçısı: Digər görüşlərdə əlimizdən gələni edəcəyik - MÜSAHİBƏ

Bakı. 27 aprel. REPORT.AZ/ "Zirə"nin qapıçısı Anar Nəzirov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib.

Təcrübəli qolkiper "Report"un da suallarını cavablandırıb:

- Ardıcıl 11-ci oyunu da qələbəsiz başa vurmağınıza səbəb nə oldu?

- Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Lakin sonda məğlub olduq. "Qara zolağ"a düşmüşük, çıxa bilmirik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik, ancaq oyunumuz alınmır.

- Bir xal qazanmaq imkanınız var idi. Amma son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Komandada nə çatmadı?

- "Qarabağ"ın ən güclü oyunçusu son qolda öz sözünün dedi. Onların hər bir futbolçusu fərdi olaraq istedadlıdır və son nöqtəni qoymaqda ustadırlar. Özünüzün də gördüyünüz kimi, vəziyyətimiz yaxşı deyil.

- Bu gedişlə Avropa Liqasına vəsiqə qazanmaq şanslarınız azalır.

- Biz hər oyuna ümidlə çıxırıq. Qarşıda üç matçımız var. Ayxan Abbasov da bizimlə söhbət zamanı bildirib ki, hər nə olursa-olsun, sona qədər mübarizə aparacağıq.

- Yəqin ki, həmin üç oyun sizin üçün finala bərabər olacaq.

- Əlbəttə, bu oyun da finala bərabər idi. Qalan görüşlərdə də meydana çıxıb əlimizdən gələni edəcəyik.

- Bu gün nümayiş etdirdiyiniz oyunla qarşıdakı üç görüşdə qələbə qazanacağınıza nə dərəcədə əminsiniz?

- Biz meydana çıxıb asan təslim olmadıq. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. Bildiyiniz kimi, ciddi zədələrimiz də var. Rəqib də güclü idi. Lakin sona qədər mübarizə aparacağıq.

Son xəbərlər

Orphus sistemi