"Zirə"nin müdafiəçisi De Byaziyə təşəkkür edib

"Zirə"nin müdafiəçisi De Byaziyə təşəkkür edib "Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi".
Futbol
13 İyun , 2022 22:19
Zirənin müdafiəçisi De Byaziyə təşəkkür edib

"Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

"Zirə"nin formasını geyinən 19 yaşlı müdafiəçi meydana qələbə üçün çıxdıqlarını bildirib: "Fasilədə öz aramızda danışdıq və ikinci hissədə qollar vuraraq qalib gəldik".

Gənc oyunçunun sözlərinə görə, hər bir azərbaycanlı futbolçu kimi onun da əsas hədəfi millidə çıxış etməkdir: "Arzumu reallaşdırdım. Buna görə Canni De Byaziyə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi