Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb - ƏLAVƏ OLUNUB Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Zirənin Qazaxıstan Tarazı ilə nəzərdə tutulan yoxlama matçı ləğv olunub.
Futbol
15 Yanvar , 2019 15:20
Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb - ƏLAVƏ OLUNUB

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə"nin Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan yoxlama matçı ləğv olunub.

Klubdan "Report"a verilən məlumata görə, buna bölgəyə aramsız yağışın yağması səbəb olub. Axşam saatlarında tufanın gözlənildiyini nəzərə alan tərəflər oyunun keçirilməməsini qərara alıblar. 

Bununla yanaşı, "Sumqayıt" komandasının Qazaxıstanın digər təmsilçisi "Jetısu" ilə planlaşdırılan qarşılaşması təxirə salınıb. Yanvarın 16-da keçiriləcək matç Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. 

Eyni zamanda "Səbail" klubunun Macarıstan "Aqvital”ı ilə oyunu baş tutmayıb. Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, qarşılaşma yanvarın 16-na təxirə salınıb. Oyunun keçirilmə saatı hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə oyunu ləğv olunub.  

Son xəbərlər

Orphus sistemi