"Zirə"nin legionerinin çiyni sınıb

"Zirə"nin legionerinin çiyni sınıb 39 yaşlı mütəxəssisin sözlərinə görə, forvardın çiyni sınıb
Futbol
25 Fevral , 2021 18:27
Zirənin legionerinin çiyni sınıb

Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyununda (1:0) zədələnən "Zirə"nin futbolçusu Davit Volkovun durumuna aydınlıq gəlib.

"Report"un məlumatına görə, komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonrakı mətbuat konfransında gürcüstanlı hücumçunun zədəsinin ciddi olduğunu bildirib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, forvardın çiyni sınıb.

Qeyd edək ki, Davit Volkov görüşün 77-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib.

Son xəbərlər

Orphus sistemi