"Zirə"nin legioneri uzun müddət futbol oynamayacaq

"Zirə"nin legioneri uzun müddət futbol oynamayacaq Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviç əməliyyat olunacaq.
Futbol
294
7 Dekabr , 2021 13:31
Zirənin legioneri uzun müddət futbol oynamayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.

Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq. Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, qarşılaşma "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi