"Zirə"nin legioneri: "Anar Nəzirova görə qorxduq"

"Zirə"nin legioneri: "Anar Nəzirova görə qorxduq" Bakı. 11 noyabr. REPORT.AZ/ Zirə klubunun futbolçusu Bilal Həmdinin Neftçi ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra Reporta müsahibəsi...
Futbol
11 Noyabr , 2018 15:50
Zirənin legioneri: Anar Nəzirova görə qorxduq

Bakı. 11 noyabr. REPORT.AZ/ "Zirə" klubunun futbolçusu Bilal Həmdinin "Neftçi" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra "Report"a müsahibəsi...

Matçı necə dəyərləndirərdiniz?

- Yaxşı mübarizə apardıq. Deməzdim ki, super oyun sərgilədik, amma xarakter göstərdik. İlk qoladək rəqibə müəyyən çətinliklər yaratmışdıq. Qol buraxdıqdan sonra bizdə bir müddət konsentrasiyanı itirmə prosesi getdi. Lakin ikinci hissədə baş məşqçimizin etdiyi dəyişikliklərdən sonra komandamız öz oyun üslubunu bərpa etməyə başladı və biz iki qol vurduq.

Heç-heçə etsəniz də, sonuncu pillədən qurtula bilmədiniz. Bu mənada nəticədən razısınız?

- Düşünürəm ki, liderlə qarşılaşmada bir xal da qənaətbəxşdir. Çünki rəqib çempionluğa oynayır. 2:2 hesabı heç də pis nəticə deyil.

Bugünkü oyundan sonra "Zirə"nin artıq özünə gəldiyini demək olar?

- Biz göstərdik ki, komandamızda xarakter var və oyundan-oyuna irəliyə doğru gedirik. Düzgün yolda olduğumuzu düşünürəm. Sonuncu yerdə getməyimiz inandırıcı fakt deyil. Belə oyunla axırıncı pilləni haqq etmirik. Komandamızda get-gedə irəliləyişlər və dəyişikliklər baş verir. Düşünürəm ki, "Sumqayıt"la keçirəcəyimiz növbəti qarşılaşmada bu xarakterin üzərinə bir az da əlavə edərək, 3 xal götürə bilərik. Buna "Neftçi" ilə oyunumuzu bariz nümunə kimi göstərə bilərik. Hesabda iki dəfə geri düşsək də, bərabərliyi təmin edə bildik.

"Neftçi"nin məşqçisi Füzuli Məmmədov və "Zirə"nin qapıçısı Anar Nəzirovun halının pisləşməsi matçın gedişinə təsir etdimi?

- Açığı, ilk yarıda "Neftçi"dən kimin yerə yıxıldığını görmədim. İkinci hissədə isə Nəzirovla bağlı epizodu soruşdum, güclü toqquşma olduğunu dedilər. Açığı, Anara görə qorxduq. Hər şeydən əvvəl o, komanda yoldaşımızdır. Təkcə meydanda deyil, meydandan kənarda da o, təcrübəli oyunçu kimi bizə hər zaman dəstək olur. Həqiqətən də narahat olduq. Amma hazırda vəziyyəti yaxşı olduğu üçün hamımız rahatıq.

Son xəbərlər

Orphus sistemi