"Zirə"nin hücumçusu koronavirusa yoluxub

"Zirə"nin hücumçusu koronavirusa yoluxub Hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb
Futbol
25 Aprel , 2021 23:53
Zirənin hücumçusu koronavirusa yoluxub

"Zirə"nin futbolçusu Ruslan Qurbanovda koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. O, 30 yaşlı oyunçunun ilk dəfə infeksiyaya yoluxduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi