"Zirə"nin hücumçusu iki rekorda imza atıb

"Zirə"nin hücumçusu iki rekorda imza atıb “Zirə”nin futbolçusu Davit Volkov klub tarixinə düşüb.
Futbol
8 Noyabr , 2021 12:58
Zirənin hücumçusu iki rekorda imza atıb
Davit Volkov

“Zirə”nin futbolçusu Davit Volkov klub tarixinə düşüb.

"Report"un "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı hücumçu iki rekorda imza atıb. Volkov bunu Azərbaycan Premyer Liqasında X turun “Sabah”la səfər oyununda üç qol vurmaqla gerçəkləşdirib.

Het-trik sayəsində Volkov “Zirə”nin heyətindəki qollarının ümumi sayını 19-a çatdırıb. 45 matça çıxan 26 yaşlı forvard klub tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. O, 16 qol vuran Nelson Bonilyanı arxada qoyub.

Volkov həm də “Zirə”nin Premyer Liqadakı ən yaxşı bombardiri olub. O, “Sabah”la qarşılaşmaya qədər şəriki olduğu Nelson Bonilyanı keçib. 40-cı çempionat oyununa çıxan hücumçu het-triklə qol sayını 17-yə çatdırıb. Bonilyanın aktivində 14 top var.

Son xəbərlər

Orphus sistemi