"Zirə”nin futbolçusu: "Ümid edirəm ki, qaçırdığımız penaltinin çətinliyini cavab matçında çəkmərik"

"Zirə”nin futbolçusu: "Ümid edirəm ki, qaçırdığımız penaltinin çətinliyini cavab matçında çəkmərik" Bakı. 16 dekabr. REPORT.AZ/ Sevindirici haldır ki, qol vurdum. Çətin oyun oldu, cavab matçına ciddi hazırlaşmalıyıq”.
Futbol
16 Dekabr , 2018 10:51
Zirə”nin futbolçusu: Ümid edirəm ki, qaçırdığımız penaltinin çətinliyini cavab matçında çəkmərik

Bakı. 16 dekabr. REPORT.AZ/ "Sevindirici haldır ki, qol vurdum. Çətin oyun oldu, cavab matçına ciddi hazırlaşmalıyıq”.

Bunu "Report"a açıqlamasında "Zirə”nin futbolçusu İlkin Muradov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail”i evdə 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Qarşılaşmanın 45-ci dəqiqəsində yeganə qola imza atan 22 yaşlı yarımmüdafiəçi ən əsası komandanın qələbəsinin olduğunu söyləyib:

"Ümid edirəm ki, qaçırdığımız penaltinin çətinliyini cavab matçında çəkmərik. Lakin çətin oyun olacaq. Çempionatda da bundan yaxşı olar, qış fasiləsindən maksimum yararlanarıq. Rəqibə gəlincə, "Səbail” 3-cü yerdə gedir. Onların futbolçusu qırmızı vərəqə alandan sonra bizim üçün bir az asan oldu. Bu zaman rahat oynaya bildik. Rəqib isə əksinə, çətinlik yaşadı. Hesab daha da başqa ola bilərdi. Ümid edirəm ki, cavab oyununda bu epizodları axtarmarıq. Səfər matçına çox ciddi hazırlaşmalıyıq".

Muradov zədəli halda oynamalı olmasından da danışıb:

"Qarşılaşmanın gedişində əzələmi dartmışdım. Oyunun sonlarında ayağımda bir problem oldu. Son bir neçə dəqiqəni zədəli oynamağa məcbur oldum. Amma çox şükür ki, ciddi bir şey deyil. İndi hər şey qaydasındadır".

Matçın 33-cü dəqiqəsində "Səbail”in futbolçusu Tome Kitanovski rəqibi bilərəkdən vurduğuna görə qırmızı vərəqə alıb. "Zirə”dən isə Mirsahib Abbasov 79-cu dəqiqədə penaltidən yararlana bilməyib. Bu komandalar arasında cavab oyunu dekabrın 19-da "Bayıl Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi