"Zirə"nin futbolçusu Polşa klubuna keçir

"Zirə"nin futbolçusu Polşa klubuna keçir Onun yerinə "Qarabağ"ın gənc oyunçusu alınacaq
Futbol
28 Dekabr , 2017 11:13
Zirənin futbolçusu Polşa klubuna keçir

Bakı. 28 dekabr. REPORT.AZ/ "Zirə" futbol klubu yaxın vaxtlarda Qabriel Mateylə yollarını ayıracaq. Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Onun sözlərinə görə, Qabriel Mateyə Polşa yüksək liqasında çıxış edən "Termalika"dan təklif gəlib. Abbasov rumıniyalı sağ cinah yarımmüdafiəçisinin transferinin yaxın günlərdə rəsmiləşəcəyini bildirib. Əvəzində baş məşqçi həmin mövqeyə "Qarabağ"ın yeniyetmələrdən ibarət komandasının üzvü İbrahim Aslanlının alınmasının gündəmdə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Qabriel Matey "Zirə"yə yayda Polşanın digər təmsilçisi "Qurnik"dən keçib. 

Son xəbərlər

Orphus sistemi