"Zirə"nin futbolçusu Moldova yığmasına dəvət alıb

"Zirə"nin futbolçusu Moldova yığmasına dəvət alıb Bakı. 15 mart. REPORT.AZ/ “Zirə” komandasının futbolçusu Aleksandr Dedov Moldova yığmasına çağırılıb.
Futbol
15 Mart , 2018 15:50
Zirənin futbolçusu Moldova yığmasına dəvət alıb

Bakı. 15 mart. REPORT.AZ/ “Zirə” komandasının futbolçusu Aleksandr Dedov Moldova yığmasına çağırılıb.

“Report” xəbər verir ki, baş məşqçi Aleksandr Spridonun dəvət göndərdiyi 24 futbolçu arasında 28 yaşlı hücumçunun da adı var. "Səbail"də çıxış edən digər moldovalı Yevgeni Koçuk isə yenə milliyə çağırılmayıb. 

Qeyd edək ki, Moldova yığması martın 27-də Fransanın paytaxtı Parisdə Kot-Divuar millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Son xəbərlər

Orphus sistemi