"Zirə"nin baş məşqçisi: "Qışda hücum xəttində güclənməyə ehtiyac var"

"Zirə"nin baş məşqçisi: "Qışda hücum xəttində güclənməyə ehtiyac var" Bakı. 4 noyabr. REPORT.AZ/ Oyunçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi. Təəssüf ki, son 3 oyunda 9 xal qazanası olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq oyun baxımından irəliləyiş məni sevindirir. Bilmirəm, bizə azarkeşlik edən insanlar nə dərəcədə zövq aldılar. Lakin meydanda yalnız Zirə” var idi.
Futbol
4 Noyabr , 2018 22:21
Zirənin baş məşqçisi: Qışda hücum xəttində güclənməyə ehtiyac var

Bakı. 4 noyabr. REPORT.AZ/ "Oyunçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi. Təəssüf ki, son 3 oyunda 9 xal qazanası olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq oyun baxımından irəliləyiş məni sevindirir. Bilmirəm, bizə azarkeşlik edən insanlar nə dərəcədə zövq aldılar. Lakin meydanda yalnız "Zirə” var idi".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov evdə "Səbail" komandadı ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Cəmi 1 əvəzetmə etməyiniz nə ilə bağlı idi?

- Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Təkcə Dilan Duventru bir qədər tempdən düşdü ki, onu da əvəzlədim.

- Oyun var, amma fərdi ustalıq axsayır. Qışı çox arzulayırsınız?

- İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttində güclənməyə ehtiyac var.

Son xəbərlər

Orphus sistemi