"Zirə"nin baş məşqçisi: "Limit söhbətləri baş məşqçilərin əl-qolunu bağlayıb"

"Zirə"nin baş məşqçisi: "Limit söhbətləri baş məşqçilərin əl-qolunu bağlayıb" Birinci hissədə gözləmədiyimiz qol buraxdıq. Amma fasilədən sonra xarakter göstərdik.
Futbol
31 Avqust , 2019 22:41
Zirənin baş məşqçisi: Limit söhbətləri baş məşqçilərin əl-qolunu bağlayıb

"Birinci hissədə gözləmədiyimiz qol buraxdıq. Amma fasilədən sonra xarakter göstərdik".

"Report"un məlumatına görə, bunları "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın III turunda evdə "Sabah"la 1:1 hesablı bərabərlikdən sonra söyləyib.

Qırx bir yaşlı mütəxəssis deyib ki, komandada irəliləyiş var: "Yavaş-yavaş irəli gedirik. Azarkeşlər sağ olsunlar, onların dəstəyi ilə bərabərlik qolunu vurduq. Bu gün bir xalı qazandıqmı, yoxsa aktivimizə yazdıq. Bu gün limit söhbətləri baş məşqçilərin əl-qolunu bağlayıb.

Oyun ərəfəsində Xulio Sezar Rodriqea zədələndi. Dedi ki, meydana çıxıb, 10 dəqiqə sonra zədələnsəm, yoldaşlarımın üzünə baxa bilmərəm. Amma fasilədən sonra onu meydana buraxdıq və sistemi dəyişdik.

Mfo Kqasvame yaxşı oyunçudur, çox bəyənirəm. Soruşacaqsınız ki, bəyənirsinizsə, niyə oynatmırsınız? Amma ikinci hissədə meydana buraxdım".

Abasov matç zamanı hakimlərə etiraz etməsinə görə sarı vərəqə almasına da toxunub: "Etirazım oyunun vaxtının uzanmasına görə idi. Hakimlərə deyirdim ki, hər bir futbolçunu tanımalısınız, kimin hansı hərəkəti niyə etdiyini bilməlisiniz".

Son xəbərlər

Orphus sistemi