"Zirə"nin baş məşqçisi ilə onu istefaya çağıran azarkeşlər arasında insident olub

"Zirə"nin baş məşqçisi ilə onu istefaya çağıran azarkeşlər arasında insident olub Nəticədə baş hakim Ayxan Abbasovu texniki zonadan qovub
Futbol
15 Aprel , 2018 21:07
Zirənin baş məşqçisi ilə onu istefaya çağıran azarkeşlər arasında insident olub
Ayxan Abbasov

Bakı. 15 aprel. REPORT.AZ/ "Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər.

Son xəbərlər

Orphus sistemi