"Zirə"nin baş məşqçisi: "Futbolçular bu gün xarakter göstərdilər"

"Zirə"nin baş məşqçisi: "Futbolçular bu gün xarakter göstərdilər" Oyuna yaxşı hazırlaşmışdıq. Hazırlıq vaxtı futbolçulara ilk sözümüz o olmuşdu ki, Zirənin əvvəlki əzmini qaytarmalıyıq. Futbolçular bu gün xarakter göstərdilər.
Futbol
26 Oktyabr , 2019 20:14
Zirənin baş məşqçisi: Futbolçular bu gün xarakter göstərdilər

"Oyuna yaxşı hazırlaşmışdıq. Hazırlıq vaxtı futbolçulara ilk sözümüz o olmuşdu ki, "Zirə"nin əvvəlki əzmini qaytarmalıyıq. Futbolçular bu gün xarakter göstərdilər".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın IX turunda "Sabah"la səfərdə 2:2 hesablı heç-heçədən sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qolları mübarizəsiz buraxdıqları üçün təəssüflənir: "Qapımıza 3 zərbə endirildi, 2-i qol oldu. İlk hissə ilə müqayisədə, fasilədən sonra meydanda tam fərqli "Zirə" oldu. Buna görə oyunçulara təşəkkür edirəm".

Həşimov 2 qol vuran 21 yaşlı Nicat Süleymanovla matçdan əvvəl fərdi söhbətinin olduğunu bildirib: "Sevindirici haldır ki, sözlərimdən nəticə çıxarıb. Bu gün də iki qol vurdu, yaxşı təsir bağışladı. Onun çıxışı məni çox sevindiridi".

O, iki qol buraxan Orxan Sadıqlıya da sona qədər dəstək verəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi