"Zirə"nin 3 futbolçusunda koronavirus aşkarlandı

"Zirə"nin 3 futbolçusunda koronavirus aşkarlandı Hər üç oyunçu karantinə alınıb
Futbol
2 Aprel , 2021 19:29
Zirənin 3 futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan Premyer Liqasının XXI turunda "Səbail"lə qarşılaşacaq "Zirə" komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən bir neçə gün öncə götürülmüş testlərin nəticəsi müsbət çıxıb.

Hazırda karantində olan oyunçuların müalicəsi davam edir.

"Dənizçilər"in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi