"Zirə" milli komandanın üzvünü transfer edib

"Zirə" milli komandanın üzvünü transfer edib "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
27 Yanvar , 2022 19:11
Zirə milli komandanın üzvünü transfer edib

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Haiti millisinin yarımmüdafiəçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. O, son olaraq Rumıniyanın “Qaz Metan” komandasının formasını geyinib.

Qeyd edək ki, bu, "Zirə"nin qış fasiləsində 2-ci transferidir. "Qartallar" daha əvvəl fransalı yarımmüdafiəçi Hamidu Keytanı heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi