"Zirə" Macarıstan və Rumıniya klubları ilə qarşılaşacaq - ƏLAVƏ OLUNUB

"Zirə" Macarıstan və Rumıniya klubları ilə qarşılaşacaq - ƏLAVƏ OLUNUB Azərbaycan komandasının sonuncu rəqibi müəyyənləşib
Futbol
24 Yanvar , 2018 15:02
Zirə Macarıstan və Rumıniya klubları ilə qarşılaşacaq - ƏLAVƏ OLUNUB

Bakı. 24 yanvar. REPORT.AZ/ “Zirə” klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi sonuncu rəqibinin adı müəyyənləşib.

“Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi fevralın 3-də Macarıstanın “Xaladaş” klubu ilə üz-üzə gələcək.

Bundan başqa "Zirə"nin yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya” ilə görüşü baş tutmayacaq. Əvəzində Ayxan Abbasovun baş məşqçi olduğu komanda həmin gün Rumıniya "Voluntari"sini sınağa çəkəcək.  Yanvarın 30-da isə rəqib Rusiyanın I divizionunda mübarizə aparan “Avanqard” olacaq.

Son xəbərlər

Orphus sistemi