"Zirə" komandası Avropa Liqasında mübarizəni dayandırıb

"Zirə" komandası Avropa Liqasında mübarizəni dayandırıb Azərbaycan təmsilçisi Rumıniya "Astra"sının öhdəsindən gələ bilməyib
Futbol
20 İyul , 2017 22:56
Zirə komandası Avropa Liqasında mübarizəni dayandırıb

Bakı. 20 iyul. REPORT.AZ/ "Zirə" komandası Avropa Liqasında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, II təsnifat mərhələsinin Rumıniyada keçirilən ilk oyununda "Astra"ya 1:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi Bakıda baş tutan cavab qarşılaşmasında lazımı nəticəni təmin edə bilməyib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibin müqavimətini qırmağa müvəffəq olmayıb - 0:0.

Qeyd edək ki, "Zirə" I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ını mübarizədən kənarlaşdırıb.

Avropa Liqası, 

II təsnifat mərhələsi, cavab oyunu

"Zirə (Azərbaycan) - "Astra" (Rumıniya) 0:0

Baş hakim: Georgi Vadaçkoriya

Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı, "Dalğa Arena"

İlk oyun - 1:3

Son xəbərlər

Orphus sistemi