"Zirə" klubunun legioneri zədələndi

"Zirə" klubunun legioneri zədələndi Dmitrios Çantakias "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb
Futbol
4 May , 2021 19:42
Zirə klubunun legioneri zədələndi

"Zirə"nin futbolçusu Dmitrios Çantakias zədələnib.

"Report"un məlumatına görə, 26 yaşlı müdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Onun yerinə 77-ci dəqiqədə meydana Cəlal Hüseynov daxil olub.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi