"Zirə" klubunun legioneri milliyə dəvət aldı

"Zirə" klubunun legioneri milliyə dəvət aldı Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.
Futbol
27 Oktyabr , 2020 10:25
Zirə klubunun legioneri milliyə dəvət aldı

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.

"Report" Mozambik Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.

İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.

Qeyd edək ki, Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.

Son xəbərlər

Orphus sistemi