Bakı. 26 iyun. REPORT.AZ/ "Zirə" klubunun ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda təmir işləri davam edir.
"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, artıq stadionda süni ot örtüyü tamamilə sökülüb.
İyulun 1-dən etibarən təbii ot örtüyünün salınması üçün işlər başlanacaq.