​"Zirə" klubu "Xəzər Lənkəran"ın kapitanını transfer edib

​"Zirə" klubu "Xəzər Lənkəran"ın kapitanını transfer edib Müdafiəçi ilə birillik müqavilə bağlanıb
Futbol
31 May , 2016 16:25
​Zirə klubu Xəzər Lənkəranın kapitanını transfer edib

Bakı. 31 may. REPORT.AZ/ "Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovla müqavilə imzalayıb.

30 yaşlı müdafiəçi ilə birillik anlaşma əldə olunub.

Qeyd edək ki, Tural Cəlilov peşəkar karyerasına "Ədliyyə"də başlayıb. "Gənclərbirliyi", "Simurq" və "Rəvan"da da çıxış etmiş futbolçu bir ara Azərbaycan yığmasının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi