"Zirə" klubu Moldova yığmasının yarımmüdafiəçisini transfer edib

"Zirə" klubu Moldova yığmasının yarımmüdafiəçisini transfer edib 28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra 1,5 illik müqaviləyə imza atacaq
Futbol
9 Fevral , 2018 14:37
Zirə klubu Moldova yığmasının yarımmüdafiəçisini transfer edib

Bakı. 9 fevral. REPORT.AZ/ "Zirə" klubu Moldova milli komandasının futbolçusu Aleksandr Dedovu transfer edib. 

Bu barədə "Report"a klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Gənc mütəxəssis bildirib ki, bu gün Bakıya gələcək 28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra 1,5 illik müqaviləyə imza atacaq. Abbasov Dedovun "Zirə"yə azad agent kimi keçəcəyini deyib: "Onun oyununu Türkiyənin Antalya bölgəsində Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündə izləyib bəyənmişik. Artıq ilkin razılığımız da var".

Qeyd edək ki, Aleksandr Dedov karyerası ərzində yalnız Latviyanın "Ventspils" komandasında legioner həyatı yaşayıb. O, sonradan Moldovanın "Daçiya", "Şerif", "Akademiya UTM", "Zimbru", "Tırqu Mureş" və "Milsami" klublarında çıxış edib. 2012-ci ildən Moldova yığmasına vəlb olunan Dedov 43 oyunda 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi