"Zirə" klubu legioneri ilə vidalaşıb

"Zirə" klubu legioneri ilə vidalaşıb "Zirə" PFK Georgi Stoilovla yollarını ayırıb.
Futbol
25 Noyabr , 2021 12:03
Zirə klubu legioneri ilə vidalaşıb

"Zirə" klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Georgi Stoilov avqustun 4-də "Zirə" ilə 2+1 illik müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi