"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb

"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb Amadu Sanqare karyerasını başqa klubda davam etdirəcək
Futbol
28 may 2017 09:39
Zirə klubu fransalı legioneri ilə yollarını ayırıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılıq əsasında Amadu Sanqare ilə yollar ayrılıb.

Fransalı yarımmüdafiəçi karyerasını başqa komandada davam etdirəcək.

Qeyd edək ki, bunadək "Zirə" Tural Cəlilov, Yamin Ağakərimzadə, Nurlan Novruzov, Elvin Məmmədov və Migel Lorenso ilə yollarını ayırıb. 

Son xəbərlər

Orphus sistemi