​“Zirə” klubu daha bir futbolçu transfer edib

​“Zirə” klubu daha bir futbolçu transfer edib Cəmil Hacıyevlə 3 illik müqavilə bağlanılıb
Futbol
18 İyun , 2016 18:19
​“Zirə” klubu daha bir futbolçu transfer edib

Bakı. 18 iyun. REPORT.AZ/ Transfer çalışmalarını davam etdirən "Zirə" klubu yeni futbolçu ilə müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə 22 yaşlı müdafiəçi Cəmil Hacıyevlə anlaşma əldə olunub. 

Ötən mövsüm “Sumqayıt”da çıxış etmiş Hacıyevlə 3 illik sövdələşməyə imza atıb. Onun ilk klubu isə "İnter" olub. 

Qeyd edək ki, daha öncə "Zirə" Tural Cəlilov ("Xəzər Lənkəran"), Yamin Ağakərimzadə ("Rəvan") və Murad Səttarlı (AZAL) ilə müqavilə bağlayıb.  

Son xəbərlər

Orphus sistemi