"Zirə" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

"Zirə" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb Gənc yarımmüdafiəçi ötən mövsüm “Rəvan”ın heyətində çıxış edib
Futbol
1 İyun , 2016 15:55
Zirə klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yamin Ağakərimzadə ilə birillik müqavilə imzalanıb. 

Gənc yarımmüdafiəçi ötən mövsüm “Rəvan”ın heyətində çıxış edib. O, peşəkar karyerasına “Bakı”nın heyətində başlayıb.

Qeyd edək ki, "Zirə" daha öncə "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovla müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi