Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək “Zirə” klubu 3 əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın saxlanılmasına qərar verilib. Həmçinin, müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Krneta, həm də İqbekoyi “qartallar”ın sıralarında ardıcıl 3-cü mövsümünü keçirəcək.
Bundan başqa əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla 3 illik yeni müqavilə imzalanıb.