"Zirə" - "Keşlə" oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı

"Zirə" - "Keşlə" oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə insident yaranıb.
Futbol
288
29 Aprel , 2021 21:48
Zirə - Keşlə oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı

Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə insident yaranıb.

"Report"un məlumatına görə, 88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirilib.

FIFA referisi Elçin Məsiyev yan xətt hakimi Pərvin Talıbovla məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib.

Buna etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu qırmızı vərəqə alıb. Onunla yanaşı, Corceviç də meydandan kənarlaşdırılıb.

Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərək, hesabı komandasının xeyrinə dəyişib - 2:1.

Son xəbərlər

Orphus sistemi