"Zirə" "Keşlə"dən ayrılan hücumçunu heyətinə qatıb

"Zirə" "Keşlə"dən ayrılan hücumçunu heyətinə qatıb Bakı. 23 iyul. REPORT.AZ/ “Zirə” klubu yay fasiləsində daha bir futbolçunu heyətinə qatıb.
Futbol
23 İyul , 2018 12:16
Zirə Keşlədən ayrılan hücumçunu heyətinə qatıb
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ “Zirə” klubu yay fasiləsində daha bir futbolçunu heyətinə qatıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi “Keşlə”dən ayrılan Pərdis Fərcad-Azadla güclənib. 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanacaq. O, artıq hazırda Türkiyənin bolu bölgəsində təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir.

Qeyd edək ki, Almaniyada doğulan Pərdis Fərcad-Azad 2013-cü ildən dəvət aldığı Azərbaycan millisində 6 oyun keçirib. Yığmanın son matçlarına dəvət almayan forvard karyerası ərzində Almaniyanın “Karl Tseyss”, “Plauen”, “Berliner”, eləcə də “Sumqayıt” və “Keşlə”nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi