Emil Balayev "Zirə"yə keçidindən danışdı

Emil Balayev "Zirə"yə keçidindən danışdı Burada olduğuma görə şadam. Zirə hədəfləri olan maraqlı komandadır.
Futbol
3 Mart , 2020 17:41
Emil Balayev Zirəyə keçidindən danışdı

"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır".

"Report"un məlumatına görə, bu sözləri "Zirə"nin yeni transferi Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib.

Keçidi ilə bağlı danışan Azərbaycan millisinin qapıçısı bildirib ki, bu komandada yığmada bərabər oynadığı futbolçular çıxış edir: "Burada əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, 26 yaşlı qolkiper "Zirə" ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi