"Zirə" Fransa və Mali yığmalarında çıxış etmiş futbolçunu baxışa dəvət edib

"Zirə" Fransa və Mali yığmalarında çıxış etmiş futbolçunu baxışa dəvət edib Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu Malinin gənclər yığmasında çıxış etmiş İbrahima Tandianı baxışa dəvət edib.
Futbol
26 yanvar 2018 06:02
Zirə Fransa və Mali yığmalarında çıxış etmiş futbolçunu baxışa dəvət edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu Malinin gənclər yığmasında çıxış etmiş İbrahima Tandianı baxışa dəvət edib.

“Report”un məlumatına görə, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Fransada doğulub. Son olaraq, bu ölkənin Liqa 2-də “Tur”un formasın geyinmiş Tandia karyerası ərzində “Kan” və İspaniyanın “Alaves” klublarında da çıxış edib.

Tandia daha əvvəl Fransanın U-16 və U-17 yığmalarının da heyətində yer alıb.

Qeyd edək ki, “Zirə” qış fasiləsində İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə) və Tellur Mütəllimovu ("Qəbələ") heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi