"Zirə" Boludakı ilk yoxlama matçında uduzub

"Zirə" Boludakı ilk yoxlama matçında uduzub Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.
Futbol
29 İyun , 2022 18:42
Zirə Boludakı ilk yoxlama matçında uduzub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Koru" hotelin meydançasında baş tutan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada hesabı "Zirə" açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qələbə qazanıb.

Qeyd edək ki, "Zirə"nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi