Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" sonuncu yoxlama oyununa çıxıb.
"Report"un məlumatına görə, "qartallar" Şimali Makedoniyanın "Breqalnitsa" kollektivi ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Paytaxt klubunun heyətində qolu 13-cü dəqiqədə Davit Volkov vurub.
Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə məğlub olubsa, Polşanın "Qurnik" (Leçna) komandası ilə bərabərə qalıb - 2:2.