"Zirə" afrikalı futbolçunu transfer etdi

"Zirə" afrikalı futbolçunu transfer etdi O artıq yoldadır
Futbol
3 Mart , 2021 18:09
Zirə afrikalı futbolçunu transfer etdi

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunun "Sumqayıt"la səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə olunub: "O artıq yoldadır. Bura gəldikdən sonra sifariş ediləcək. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq".

Qeyd edək ki, Fransa "Sedan"ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris" klublarının da formasını geyinib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi