"Qarabağ" və "Zirə"dən səfər qələbələri - YENİLƏNİB - VİDEO

"Qarabağ" və "Zirə"dən səfər qələbələri - YENİLƏNİB - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.
Futbol
237
8 Mart , 2020 19:55
Qarabağ və Zirədən səfər qələbələri - YENİLƏNİB - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib. 

"Report"un məlumatına görə, "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. 

Hesabı 31-ci dəqiqədə Abdullah Zubir açıb. 87-ci dəqiqədə isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib. 

Bu qələbə sayəsində xalını 45-ə çatdıran "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"dən 8 xal aralanıb. "Keşlə" isə 30 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Səbail"i məğlub edib - 3:1. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"a 5:0, "Neftçi" isə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib.


*** 17:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti görüşü keçirilib. "Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" və "Zirə" komandaları üz-üzə gəlib. 

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 12-ci dəqiqədə "Zirə"nin yeni transferi Davit Volkov açıb. 34-cü dəqiqədə Rauf Əliyev bərabərlik qoluna imza atıb. 

Fasilədən sonra da 2 qol vurulub. 59-cu dəqiqədə qonaq komandanın daha bir yeni transferi Ağabala Ramazanov keçmiş komandasını məyus edib. Son nöqtəni isə sonradan meydana daxil olmuş Şafik Tiqruca 80-ci dəqiqədə qoyub. 

Bu görüşdə "Zirə"nin qapısını daha bir yeni transfer Emil Balayev qoruyub. 26 yaşlı qolkiper debütünü keçmiş klubu "Səbail" komandası ilə matçda gerçəkləşdirib. 

Ardıcıl 4 məğlubiyyətdən sonra qələbə əldə edən "Zirə" xalını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. 4 turdan sonra uduzan "Səbail" isə 20 xalla 7-ci pillədə qalıb. 

Qeyd edək ki, turun ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"ı 5:0, "Neftçi" "Sabah"ı 4:0 hesabı ilə yenib. Tura saat 18:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.  

Son xəbərlər

Orphus sistemi