"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırdı

"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırdı “Zirə" 3 futbolçu ilə yollarını ayırıb. Elvin Camalov, Rodriqo Bonqonqui və Mateus Albino ilə klub arasında imzalanmış müqavilə başa çatıb. “Zirə" PFK futbolçulara klubumuz üçün göstərdikləri xidmətə görə təşəkkür edir, karyeralarında uğurlar arzulayır.
Futbol
163
27 May , 2021 16:54
Zirə daha 3 futbolçusu ilə yollarını ayırdı

“Zirə" klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

"Report"un "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb. Camalov karyerasını "Sabah"da davam etdirəcək.

“Zirə" onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə" daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla əməkdaşlığa son qoyub. Qəsəbə təmsilçisi əvəzində "Sabah"dan yarımmüdafiəçi Təmkin Xəlilzadəni və "Sumqayıt"dan qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi