"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ Zirə müqaviləsi mayın 31-də başa çatan 12 futbolçu ilə yeni sözləşmə imzalayıb.
Futbol
194
2 İyun , 2020 14:46
Zirə 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

"Zirə" müqaviləsi mayın 31-də başa çatan 12 futbolçu ilə yeni sözləşmə imzalayıb.

Bu barədə "Report"a klubun Mətbuat xidmətindən məlumat verilib.

Qapıçılar Boyan Zoqoviç (Monteneqro), Orxan Sadıqlı, Abdulla Seyidəhmədov, müdafiəçilər Miloş Bakraç (Monteneqro), Adrian Skarlatake (Rumıniya), Alvaro Ampuero (Peru), Yovan Krneta (Serbiya), Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Şafik Tiqruca (Fransa), Tellur Mütəllimov, Nicat Süleymanov və hücumçu Riçard Qadzenin (Qana) müqavilələrinin müddəti cari mövsümün sonunadək uzadılıb.

Bildirilib ki, mövcud vəziyyətə görə federasiya klublara standart müqavilələr göndərib və oyunçularla sözləşmə bunun əsasında yenilənib.

Qeyd edək ki, N.Abdullayev ("Qarabağ") və A.Ampuero ("Deportivo Munisipal", Peru) icarə əsasında "Zirə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi