Zinəddin Zidan: "Ronaldu "Barselona" ilə oyuna 100 faiz hazırdır"

Zinəddin Zidan: "Ronaldu "Barselona" ilə oyuna 100 faiz hazırdır" "Biz mübarizəmizi davam etdirəcəyik"
Futbol
22 Dekabr , 2017 16:48
Zinəddin Zidan: Ronaldu Barselona ilə oyuna 100 faiz hazırdır

Bakı. 22 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan La Liqanın XVII turunda "Barselona" ilə keçirəcəkləri oyun barədə danışıb.

"Report"un məlumatına görə, fransalı mütəxəssis qarşıdakı "El-Klasiko"nu komandası üçün daha bir oyun kimi dəyərləndirib.

"Çempion hələ müəyyənləşməyib. Biz mübarizəmizi davam etdirəcəyik. Mövsüm uzundur, "Barselona" ilə oyun isə daha bir qarşılaşmadır" deyə Zidan bildirib. 45 yaşlı mütəxəssis artıq kollektiv məşqlərə qoşulan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun matça tam hazır olduğunu da vurğulayıb: "Ronaldu 100 faiz hazırdır. Biz yaxşı formadayıq. Yeganə narahatlığım futbolçularımın necə çalışmasıdır. Çempionatın liderinə - güclü komandaya qarşı oynayacağıq. Ortada vacib 3 xaldır".

Qeyd edək ki, dekabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real Madrid" - "Barselona" matçı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi