Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib

Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib Nahar komandanın bazasında təşkil olunub
Futbol
19 May , 2018 12:45
Zinəddin Zidan Real Madridin futbolçularına kabab qonaqlığı verib

Bakı. 19 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə keçirəcəyi final matçı ərəfəsində futbolçularına kabab qonaqlığı verib.

"Report"un məlumatına görə, fransalı mütəxəssis komanda üzvlərini mərasimə ailə üzvləri ilə birgə dəvət edib. Nahar komandanın bazasında təşkil olunub. Yeməyi isə Madriddəki Uruqvay restoranı hazırlayıb.

Məqsəd mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq həlledici görüş ərəfəsində komanda üzərindəki gərginliyi aradan qaldırmaqdan ibarət olub. Yeməkdən sonra tədbirin ən gənc iştirakçıları əsas komanda oyunçularından xatirə hədiyyələri və futbolkalar alıblar.

Qeyd edək ki, Zinəddin Zidan belə görüşləri ötən iki mövsümün final matçlarından əvvəl də təşkil edib.   

Son xəbərlər

Orphus sistemi