Zinəddin Zidan Qaret Beylə töhmət elan edib

Zinəddin Zidan Qaret Beylə töhmət elan edib Uelsli yarımmüdafiəçi qolf oyununda 8 saat vaxt keçirib
Futbol
21 Aprel , 2016 15:20
Zinəddin Zidan Qaret Beylə töhmət elan edib

Bakı. 21 aprel. REPORT.AZ/ İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan futbolçu Qaret Beylin davranışından narazı qalıb. "Report"un "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçi qolf oyununda 8 saat vaxt keçirib.

O, "kral klubunun "Vilyarreal"ı 3:0 hesabı ilə məğlub etdiyi ölkə çempionatı matçını çiyin və ayaq nahiyələrindəki həddən artıq yüklənmələr üzündən buraxıb. Bu səbəbdən uzunmüddətli qolf oyunu Beylin xeyrinə olmayacaq. Artıq Zidan oyunçuya narazılığını bildirib. 

Son xəbərlər

Orphus sistemi