Zidanın “Real”ı tərk edəcəyi vaxt bəlli oldu

Zidanın “Real”ı tərk edəcəyi vaxt bəlli oldu “Kral klubu” fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub
Futbol
16 May , 2021 02:43
Zidanın “Real”ı tərk edəcəyi vaxt bəlli oldu
Zinəddin Zidan

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Zinəddin Zidan futbolçulara postundan gedəcəyi vaxtı deyib.

“Report”un məlumatına görə, bu barədə “Goal” portalı xəbər yayıb.

Zidan futbolçulara 2020/2021 mövsümünün sonunda vəzifəsindən gedəcəyini bildirib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. Zidan 2017-ci ildə Beynəlxalq Futbol Federasiyası (FIFA) və Fransanın nüfuzlu “France Football” jurnalı tərəfindən ən yaxşı məşqçi seçilib.

“Kral klubu” fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm “Real Madrid” La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi