Zidan "Real Madrid"dən getmək istəyir

Zidan "Real Madrid"dən getmək istəyir Zinəddin Zidan mövsüm sonuna yaxın İspaniyanın “Real Madrid" futbol komandasının baş məşqçisi postunu tərk etməyə qərar verib
Futbol
15 May , 2021 11:19
Zidan Real Madriddən getmək istəyir
Zinəddin Zidan

İspaniyanın “Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan mövsümün sonuna yaxın vəzifəsindən getməyə qərar verib.

"Report"un “TeleMadrid”ə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis klubdan ayrılmaq istəyir. Baş məşqçi mənəvi və fiziki gərginlikdən yorulub. Zidan komandanın İspaniya çempionu olub-olmayacağına rəğmən, klubu tərk etmək niyyətindədir.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. "Kral klubu" fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm "Real Madrid" La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi